AZ | RU

Əziz Əliyevin həyat və fəaliyyətinin xronologiyası
(1897-1962)

 

 

1897, 1 yanvar

İrəvan quberniyasının İrəvan qəzasının Hamamlı kəndində Məmmədkərim Kərbəlayi Qurbanəli oğlunun ailəsində anadan olmuşdur.

1906-1907

İrəvandakı rus-tatar məktəbində təhsil almışdır.

1908-1914

Atası ilə bərabər Çita şəhərində yaşayan bacısının yanına getmiş və 6-cı sinifə qədər orada təhsil almışdır.

1914-1917

İrəvana qayıtmış və Oğlanlar Gimnaziyasında təhsilini davam etdirərək oranı qızıl medalla bitirmişdir.

1917, 1 sentyabr - 1918, 29 may

Hacı Zeynalabdin Tağıyevə etdiyi müraciət nəticəsində göndərilən vəsait hesabına Petroqrad (indiki Sankt-Peterburq) Hərbi-Tibb Akademiyasında təhsil almışdır.

1918, 2 fevral – 1918, may

Petroqradda dezinfeksiya-təmir briqadasında sanitar-dezinfektor vəzifəsində işləmişdir

1918, may

Ermənilərin İrəvanda azərbaycanlılara qarşı törətdikləri soyqırım səbəbindən təhsilini yarımçıq qoyaraq İrəvana qayıtmış, ailəsini Şərur rayonunun Şahtaxtı kəndinə aparmışdır.

1918, sentyabr- 1920, may

Şahtaxtı kəndindəki tibb məntəqəsində həkim köməkçisi vəzifəsində işləmişdir.

1920

İrəvanlı Hacı Cabbar Abbasovun qızı Leyli xanımla ailə həyatı qurmuşdur.

1920, iyul – 1921, iyun

Ermənilərin Şahtaxtı kəndini işğalından sonra ailəsi ilə birgə İranın Ərəblər (indiki Poldəşt) kəndinə pənah aparmış və oradakı tibb məntəqəsində həkim köməkçisi vəzifəsində işləmişdir.

1920

Atası Məmmədkərim Kərbəlayi Qurbanəli oğlu İranın Podkax kəndində vəfat etmişdir.

Anası Zəhra İbrahim qızı Süleymanbəyova İranın Ərəblər (indiki Poldəşt) kəndində vəfat etmişdir

1921, iyun

Ailəsi ilə birlikdə Şahtaxtı kəndində qayıtmışdır.

1921, 3 oktyabr

Oğlu Tamerlan Şahtaxtı kəndində anadan olmuşdur.

1921, dekabr – 1923, may

Şahtaxtı kəndindəki tibb məntəqəsində həkim köməkçisi vəzifəsində işləmişdir.

1923, 28 aprel

Qızı Zərifə Şahtaxtı kəndində anadan olmuşdur.

1923, may

Ailəsi ilə birlikdə Bakıya köçmüşdür.

1923, 19 iyun – 1927, 14 sentyabr

Azərbaycan SSR Xalq Komissarları Sovetində iş icraçısı, ümumi şöbənin müdiri, katib köməkçisi və katib vəzifələrində işləmişdir.

1923, sentyabr – 1927, iyun

İşləməklə yanaşı, Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsində təhsil almışdır.

1925, 24 aprel – 1928

Beynəlxalq İnqilab Mübarizlərinə Yardım Təşkilatının Bakı Komitəsinin üzvü olmuşdur.

1926, 14 aprel

Beynəlxalq İnqilab Mübarizlərinə Yardım Təşkilatının I qurultayında Azərbaycan Mərkəzi Komitəsinə üzv seçilmişdir.

1927, 1 sentyabr – 1929, dekabr

Tibb İnstitutunda Diaqnostika kafedrasının ordinatoru olmuşdur.

1928, 22 oktyabr – 1929, 1 iyun

Xalq Səhiyyə Komissarlığında müalicə şöbəsinin müdiri vəzifəsində işləmişdir.

1929, 21 iyul – 1930, 28 dekabr

Xalq səhiyyə komissarının müavini və eyni zamanda Klinik İnstitutunun direktoru vəzifəsində işləmişdir.

1929

Namizədlik dissertasiyasını müdafiə etmişdir.

1929, 10 dekabr

Xalq Səhiyyə Komissarının müavini təyin edilmişdir.

1929, 28 dekabr

Elmi-tədqiqat sahəsində işə getməsi ilə əlaqədar Xalq Səhiyyə Komissarının birinci müavini vəzifəsindən azad edilmiş, Dövlət Kliniki İnstitutun direktoru vəzifəsində saxlanılmışdır.

1932, 1 iyun – 1934, 30 avqust

Azərbaycan Tibb İnstitutunun rektoru vəzifəsində işləmişdir.

1933

“Azərbaycan tibb jurnalı”nın redaktoru olmuşdur.

1934, 11 sentyabr

Ali Məktəblərin İşləri üzrə Ümumittifaq Komitəsinin Ali Attestasiya Komissiyası tibb elmləri doktoru alimlik dərəcəsinə layiq görmüşdür.

1934, avqust

Almaniyada elmi ezamiyyətdə olmuşdur.

1933, 17 noyabr

Qızı Gülarə Əliyeva Bakı şəhərində anadan olmuşdur.

1934 -1937

Azərbaycan K(b)P MK-nın üzvü olmuşdur.

1934, 1 iyun – 1935, 3 yanvar

Bakı şəhər səhiyyə şöbəsinin müdiri vəzifəsində işləmişdir.

1935, 14 yanvar – 1936, 1 iyul

Yenidən Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru vəzifəsində işləmişdir.

1936, 1 fevral

Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuşdur.

1937

“Eksperimental nefrit” elmi işi SSRİ Elmlər Akademiyası və Ümumittifaq Komsomolun Mərkəzi Komitəsinin mükafatına layiq görülmüşdür

1937, 1 yanvar – 1937, 26 iyun

Eyni zamanda Azərbaycan Dövlət Universitetinin rektoru vəzifəsində işləmişdir.

1937, may

Tibb elmləri doktoru adını almaq üçün “Eksperimental nefrit” mövzusunda dissertasiya işini müdafiə etmişdir.

1937, dekabr –

Naxçıvan MSSR-in Culfa dairəsindən SSRİ Ali Sovetinin deputatı seçilmişdir.

1937-1946

Birinci çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur.

1938 -1946

Birinci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

1938, 1 iyun

Azərbaycan SSR Xalq Səhiyyə komissarının əmri ilə başqa işə keçməsi ilə əlaqədar Tibb və Əczaçılıq İnstitutunun direktoru vəzifəsindən azad edilmişdir.

1938, iyun – 1939, sentyabr

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsində işləmişdir.

1939, 25 iyun

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin “Fəxri fərmanı” ilə təltif edilmişdir.

1939, sentyabr – 1941, mart

Azərbaycan SSR Xalq Səhiyyə komissarı vəzifəsində işləmişdir.

1940, 15 aprel

SSRİ Xalq Səhiyyə Komissarlığının “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilmişdir.

1941, aprel – 1942, sentyabr

Azərbaycan KP MK-nın katibi vəzifəsində işləmişdir.

1941,19 avqust – 1942, mart

SSRİ Müdafiə Komitəsinin qərarı ilə polkovnik rütbəsində Sovet qoşunlarının İrandakı 47-ci ordusunun Hərbi Şurasının üzvü və siyasi rəhbəri olmuşdur.

1942, aprel – 1942,  sentyabr

Bakıdakı Hava Hücumundan Müdafiə Ordusunun Hərbi Şurasının üzvü olmuşdur.

1942, 16 sentyabr

SSRİ Dövlət Müdafiə Komitəsi Dağıstan Vilayət partiya Komitəsinin birinci katibi və Mahaçqala Müdafiə Komitəsinin sədri vəzifəsinə təyin edilməsi haqqında qərar qəbul etmişdir.

1942, 23 sentyabr- 1948, 3 dekabr

Dağıstan Vilayət partiya Komitəsinin birinci katibi vəzifəsində işləmişdir.

1942

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Lenin ordeni” ilə təltif edilmişdir.

1942, oktyabr

Dağıstandakı 47-ci ordunun Hərbi Şurasının üzvü təsdiq edilmişdir..

1943, 12 yanvar

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Qırmızı Əmək Bayrağı ordeni” ilə təltif edilmişdir.

1944, 1 may

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Qafqazın müdafiəsi uğrunda” medalı ilə təltif edilmişdir.

1944, 9 iyun

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə ikinci dəfə “Lenin ordeni” ilə təltif edilmişdir.

1945, 9 may

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı ilə təltif edilmişdir.

1945

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “I dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilmişdir.

1946, 30 mart

Oğlu Cəmil Əliyev anadan olmuşdur.

1946-1950

Dağıstan MSSR Mahaçqala seçki dairəsindən SSRİ Ali Sovetinin ikinci çağırış deputatı olmuşdur.

1947, 14 oktyabr

Dağıstan Vilayət Partiya Komitəsinin plenumunda yenidən Vilayət Partiya Komitəsinin birinci katibi seçilmişdir.

1947

İkinci çağırış Dağıstan MSSR Ali Sovetinə deputat seçilmişdir.

1948, 15 noyabr

SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Moskvanın 800 illiyi” xatirə medalı ilə təltif edilmişdir.

1949, yanvar – 1950, yanvar

Sov. İK(b)P MK-nın nəzdində İctimai Elmlər Akademiyasının nəzdindəki ali partiya məktəbini bitirmişdir

1950, 15 yanvar – 1950, 16 fevral

Sov. İK(b)P MK-da inspektor vəzifəsində işləmişdir.

1950, 30 fevral – 1951, 5 sentyabr

Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində işləmişdir.

1950-1954

Üçüncü çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur.

1951 - 1954

Üçüncü çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.

1951, 12 sentyabr

Azərbaycan KP MK-nın Bürosunda valideynlərinin sosial mənşəyini və İranda qohumlarının olmasını gizlətdiyi bəhanəsilə şəxsi işinə yazılmaqla şiddətli töhmət verilmişdir.

1951, 5 sentyabr – 1952, 10 oktyabr

Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru vəzifəsində işləmişdir.

1952, 10 oktyabr – 1954, 23 mart

Sabunçu rayonundakı Çaparidze adına 3 №-li Klinik Xəstəxananın baş həkiminin müavini vəzifəsində işləmişdir.

1954, 22 fevral

Azərbaycan KP MK-nın Bürosu ona verilən şiddətli partiya töhmətinin ləğv edilməsi haqqında qərar qəbul etmişdir.

1954, 23 mart -1956

Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru vəzifəsində işləmişdir.

1954, noyabr

Qızı Zərifə Əliyeva Heydər Əliyevlə ailə qurmuşdur.

1956, 14 may

SSRİ Ali Təhsil Nazirliyinın Ali Attestasiya Komissiyası səhiyyənin təşkili üzrə professor elmi dərəcəsini təsdiq etmişdir.

1956 – 1962, 27 iyul

Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru vəzifəsində işləmişdir.

1960

Azərbaycan SSR-in Əməkdar həkimi adına layiq görülmüşdür.

1957, 30 noyabr

Uzunmüddətli və qüsursuz xidmətinə görə və həkimlik fəaliyyətinin 30 illiyi münasibətilə Azərbaycan SSR səhiyyə nazirliyinin Fəxri fərmanı ilə təltif edilmişdir.

1962, 27 iyul

Qəflətən vəfat etmiş, Bakıda I Fəxri xiyabanda dəfn edilmişdir.

1962, 27 sentyabr

Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Həkimləri Təkmilləşdirmə İnstitutuna Əziz Əliyevin adı verilmişdir.

Yubiley tədbirləri

1996, 6 sentyabr

“Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalamışdır.

1997, 27 aprel

100 illik yubileyi Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində təntənə ilə qeyd olunmuşdur.

Dağıstanın Kaspiysk şəhərində yerli Tibb məktəbinə Əziz Əliyevin adının verilməsi münasibətilə xatirə lövhəsinin açılışı olmuşdur.

1998, 14 may

Anadan olmasının 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir.

2006, 5 dekabr

“Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalamışdır.

 2007, 17 dekabr

Anadan olmasının 110 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir.

2007, 8 iyun

Anadan olmasının 110 illiyi münasibətilə Dağıstan Respublikasının Mahaçqala şəhərində beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

2013, 25 dekabr

Xaçmaz şəhərində “Əziz Əliyev Muzeyi”nin açılışı olmuşdur.

2016, 11 may

Dağıstan Respublikasının Mahaçqala şəhərində abidəsinin açılışı olmuşdur.

2016, 18 noyabr

“Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalamışdır.

2016, 23 dekabr

Anadan olmasının 120 illiyi münasibətilə Dağıstan Respublikasının Mahaçqala şəhərində elmi konfrans keçirilmişdir.

 

 


Ədəbiyyat:

  • Azərbaycanın və Dağıstanın böyük oğlu = Великий сын Азербайджана и Дагестана / tərt.-red. S. A. Nəzərli.- Bakı: Göytürk, 1998.- 250 s.
  • Əziz Əliyev: kataloq = Азиз Алиев: каталог / AMEA Milli Azərbaycan Tarixi Muzeyi; elmi red. N. M. Vəlixanlı; mətnin müəl. S. Əhmədov.- Bakı: Ziya, 2013.- 88 s.
  • Talıblı, Tahir İslam oğlu. Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti / T. İ. Talıblı; baş red. S. Nəzərli; red. N. İsmayılova.- Bakı: Göytürk, 1997.- 286 s.
  • Абдулатипов, Рамазан. Азиз Алиев и Дагестан: фотографии / Р. Абдулатипов.- Махачкала: Дагестанский писатель, 2016.- 23 с.
  • Историко-культурные и экономические связи народов Дагестана и Азербайджана: через прошлый опыт взгляд в XXI век: материалы торжественного собрания и Международной научно-практической конфренции, посвященных 110-летию со дня рождения Азиза Алиева 8 июня 2007 г. / ДНЦ РАН, Институт ИАЭ, Республиканское общество дружбы, культурных и экономических связей Дагестана с Азербайджаном; сост. А. И. Ахмедов.- Махачкала, 2007.- 392 с.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.